Pakistan Hava Yollarına məxsus “Airbus 320” tipli sərnişin təyyarəsi Karaçi Hava limanında qəzaya düşüb.
“Qafqazinfo”nun “Arab News Pakistan”a istinadən verdiyi xəbərə görə, Lahor-Karaçi reysini həyata keçirən təyyarənin göyərtəsində 95 sərnişin və 8 ekipaj üzvü olub.
Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
Yerli sakinlər təyyarənin yaşayış binasının üzərinə düşdüyünü bildiriblər.
***
Qəza yerində mülki rəhbərliyə və yanğınsöndürmə briqadasına kömək etmək üçün ordunun çevik mübarizə qüvvələri göndərilib.
Son xəbərlər
Son Xəbərlər