Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pakistanın cənubundakı Sind əyalətində apardıqları yoxlamaların dəhşətli nəticələrini açıqlayıb.
“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, Larkan şəhərində analiz götürülən 30 min uşaqdan 876-sında QİÇS aşkarlanıb. HİV virusuna yoluxanların 82%-i 15 yaşa çatmayan uşaqlardır.
Virusun saxta həkimlərin fırıldağı və antisanitar şərait, gigiyena normalarına əməl olunmaması ucbatından yayıldığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər