Pakistanda ağır qəza, 13 ölü

pakistanda-agir-qeza-13-olu
Oxunma sayı: 1155

Pakistanın Pəncab əyalətində iki avtobusun iştirakı ilə ağır qəza baş verib.

“Qafqazinfo” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, avtobuslardan biri təkərinin partlaması nəticəsində aşıb. 

Bunun ardınca isə digər bir avtobus və avtomobil ona çırpılıb. Hadisə nəticəsində 13 nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan bəzilərinin vəziyyəti ağırdır.