Pakistanda ağır qəza - 28 ölü, 20 yaralı

pakistanda-agir-qeza
Oxunma sayı: 1138

Pakistanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.

“Qafqazinfo” “The Daily Pakistan”a istinadən xəbər verir ki, hadisə nəticəsində daha 20 nəfər isə xəsarət alıb. 

Bildirilir ki, avtobus Quvadar şəhərindən Kvettaya hərəkət edirmiş. İlkin məlumata görə, qəzaya səbəb avtobusun təkərinin partlaması və nəticədə nəqliyyat vasitəsinin aşması olub. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.