Pakistanda ağır qəza - 12 ölü, 8 yaralı

pakistanda-agir-qeza
Oxunma sayı: 832

Pakistanın Qucranvala bölgəsində yük avtomobili və iki sərnişin mikroavtobusu toqquşub.

“Qafqazinfo” “Dawn” qəzetinə istinadən xəbər verir ki, qəza nəticəsində azı 12 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən yük avtomobili növbə ilə mikroavtobuslara çırpılıb. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.