Pakistanın Pancqur şəhərində Çatkan bazarında minalanmış motosiklet partladılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onlardan üçünün vəziyyəti ağırdır. Hələlik heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər