Pakistanın Bəlucistan əyalətinin Kuetta şəhərində gediş-gəlişin çox olduğu küçələrdən birində polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Səlahiyyətlilər hücumda 3-4 kiloqram partlayıcıdan istifadə edildiyini açıqlayıb.
Hələlik hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər