Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektorları və professorları, Türkiyə, Bosniya və Herseqovina, o cümlədən Mərkəzi Asiya respublikalarının səfirləri, diplomatlar, Pakistanın nüfuzlu siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımın bu münaqişənin ən qanlı və faciəli səhifəsi olduğu haqda məlumat verilmişdir. Pakistan tərəfindən Azərbaycan torpaqlarının işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımadığı qeyd olunmuşdur. Pakistan senatında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyi bildirilmişdir. Minsk qrupunun fəaliyyəti, regionda son zamanlar gedən proseslər, qüvvələr balansının həm siyasi, həm də hərbi nöqteyi nəzərdən Azərbaycanın xeyrinə dəyişdiyi vurğulanıb.
Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında geniş məlumat verib.
Seminarın rəsmi hissəsindən sonra D.Şikarov Pakistan və Türkiyə KİV-ə müsahibə verib. Səfir bu cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayaraq, bildirib ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.
Son xəbərlər
Son Xəbərlər