Pakistanda daşqın 25 nəfərin həyatına son qoydu

pakistanda-dasqin-25-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 919

Pakistanın Bəlucistan əyalətində yağan leysan yağışlar daşqınlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Times” məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı azı 25 nəfər ölüb, 35 nəfər yaralanıb.

Daşqın nəticəsində ən çox ziyan Kvetta şəhərinə dəyib.