Pakistanın Belucistan əyalətində atışma nəticəsində azı 11 kömür mədəni işçisi həlak olub, 3-ü yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Onun məlumatına görə, naməlum şəxslər mədən işçilərini şənbə günü axşam saatlarında qaçırıb, daha sonra isə güllələyib.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç nə məlum deyil.
İstintaqın davam etdirildiyi bildirilir. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Son xəbərlər
Son Xəbərlər