Pakistanda fövqəladə vəziyyət elan edildi - Çəyirtkələrə görə+Fotolar

pakistanda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 3900

Pakistan son 3 ayda ikinci dəfə çəyirtkələrin hücumuna məruz qalıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə Heydərabad şəhərinə hücum çəkən həşəratlar Pəncab və Sind əyalətlərini də zəbt edib. Bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edilib.

Türkiyə və İran böyük əkin sahələrini yox edən və milyonlarla insanın qida təhlükəsizliyini riskə atan çəyirtkələrə qarşı mübarizədə Pakistana işbirliyi təklif edib.

Xatırladaq ki, ötən aylarda Çin çəyirtkələrlə mübarizə üçün Pakistana 100 min ədəd ördək yollamışdı. Ördəklər gündə 200 ədəd çəyirtkə yediyindən və əkin sahələrinə toxunmadığından bu mübarizədə əlverişli vasitə hesab edilir.