Pakistanda güclü yağış və tufan nəticəsində ölənlərin sayı artdı

pakistanda-guclu-yagis-ve-tufan-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 1432

Pakistanın Kəraçi şəhərində güclü yağış və tufan nəticəsində 5 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ekologiya və İqlim Dəyişiklikləri Nazirliyi məlumat verib.

Bildirilib ki, Pakistanda bu il musson yağışları keçən illə müqayisədə 87 faiz artıb.

İyunun 1-dən fasilələrlə davam edən güclü yağışlar nəticəsində şəhərdə ölənlərin sayı 115-ə yüksəlib.

Sosial mediada əks olunan görüntülərdə bəzi yerlərdə suyun səviyyəsinin nəqliyyat vasitələrinin üzərindən qalxdığı, bəzi insanların isə şişmə qayıqlarla yoluna davam etməyə çalışdığı görülüb.