Pakistanda mayın 9-dan etibarən karantin rejimi ləğv olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir İmran Xan açıqlama verib: “Biz bunu mərhələli şəkildə etməyə qərar verdik. Çünki artıq insanlar çoxlu çətinliklərlə üzləşir və biz bu rejimi davam etdirə bilmərik”.
Baş Nazir bildirib ki, koronavirusa yoluxma təhlükəsi qalmaqdadır və insanlar hökumətin tövsiyələrinə əməl etməlidirlər.
Hökumət tikinti ilə əlaqəli bütün sektorların açılmasına qərar verib. Polad və alüminium zavodları və digər istehsal müəssisələrinin də açılması planlaşdırılır. Bazarlar isə həftənin beş günü açıq olacaq və axşam 5-ə qədər fəaliyyət göstərəcək.
Son xəbərlər
Son Xəbərlər