Pakistanda kömür mədənində partlayış - 7 ölü, 10 yaralı

pakistanda-komur-medeninde-partlayis
Oxunma sayı: 1487

Pakistanın Orakzay vilayətində kömür mədənində baş verən uçqun nəticəsində yeddi nəfər həlak olub, 10 işçi yaralanıb. Qırxdan çox şaxtaçı dağıntılar altında qalıb.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, hadisə zamanı mədəndə 60-dan çox şaxtaçı olub.

Elektrik enerjisinin kəsilməsi və güclü yağışın yağması xilasedicilərin işini çətinləşdirir. Buna baxmayaraq, xilasetmə işləri davam etdirilir.