Pakistanda kömür mədənində uçqun - Ölənlər var

pakistanda-komur-medeninde-ucqun
Oxunma sayı: 979

Pakistanın Bəlucistan əyalətinin Kvetta dairəsində kömür mədənində uçqun olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, onlarla fəhlə yaralanıb.

Uçqunun qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Hazırda yerin altında 11 mədənçi qalıb, onların xilas edilməsi istiqamətində iş aparılır.

Rəsmi məlumata görə, Pakistanda hər il kömür mədənlərində baş verən qəzalar nəticəsində 200-dək insan həlak olur.