Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord

pakistanda-koronavirusla-bagli-veziyyetde-rekord
Oxunma sayı: 1750

Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 6 397 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Pakistanda koronavirusa yoluxanların ümumi sayı 125 933-ə yüksəlib.

Bundan əlavə, son 24 saat ərzində daha 107 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 40 247-yə çatıb.