Pakistanda körpü uçdu, 5 turist öldü

pakistanda-korpu-ucdu-5-turist-oldu
Oxunma sayı: 2280

Pakistanın cənubunda Azad Kəşmir vilayətində Nilum çayı üzərindəki körpü uçub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb.

Qeyd olunur ki, 25 nəfər körpüdən keçərkən körpü uçub, 20 nəfər suya düşüb. Onların altısı xilas edilib, qalanlarının tapılması istiqamətində iş aparılır.