Pakistanda leysan yağışlar azı 10 nəfərin həyatına son qoydu

pakistanda-leysan-yagislar-azi-10-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 853

Pakistanın Pəncab əyalətində leysan yağışların törətdiyi bir neçə bədbəxt hadisə nəticəsində azı 10 sakin həlak olub və azı 3 nəfər xəsarət alıb.

Bu barədə “Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, ildırım çaxması zamanı Pəncabın Okara şəhərində dam uçub, nəticədə səkkiz nəfər, o cümlədən dörd uşaq ölüb və üç nəfər xəsarət alıb.

Həmçinin bildirilir ki, əyalətin digər hissəsində bir nəfər üzərinə evin hasarı aşması nəticəsində həyatını itirib. Daha bir kişi ildırım vurmasından ölüb.