Pakistanda mədəndə uçqun - 8 ölü, 9 yaralı + Fotolar

pakistanda-medende-ucqun
Oxunma sayı: 925

Pakistanın Buner dairəsində mərmər mədənində baş vermiş uçqun nəticəsində səkkiz fəhlə həyatını itirib və doqquz fəhlə yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Samaa” telekanalı xəbər verib.

Mənbələrin məlumatına görə, uçqun baş verən mədən bir müddət imiş ki, bağlı imiş. Bədbəxt hadisə zamanı digər mədənlərdən olan fəhlələr həmin mədənin yaxınlığında nahar edirmiş. Uçqunun baş vermə səbəbi hələlik məlum deyil.

Müxtəlif məlumatlara əsasən, dağıntılar altında 8-30 nəfər qalmaqdadır. Xilasetmə işləri davam etdirilir.

Pakistanın “TNN” qəzeti yazır ki, ölənlərin sayı arta bilər. Belə ki, xəsarət alanların bəzilərinin vəziyyəti ağır olaraq qalır.