Pakistanda mədrəsədə partlayış - 7 ölü, 70 yaralı

pakistanda-medresede-partlayis
Oxunma sayı: 2813

Pakistanın Heybər-Pahtunhva vilayətində bir mədrəsədə baş verən partlayış nəticəsində 7 tələbə həlak olub, uşaqlar da daxil olmaqla 70 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, partlayış vilayətin Pişəvər bölgəsindəki mədrəsədə bir mühazirə zamanı baş verib.

Vilayət komissarı Mansur Aman ilk yoxlama hesabatlarına görə, hadisədə kustar üsulla hazırlanmış 5 kiloqramlıq partlayıcıdan istifadə edildiyini bildirib.

Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən cəlb edilib.

Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz boynuna götürməyib.