Pakistanın Kvetta şəhərində məsciddə partlayış törədilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Polis partlayışın səbəblərini araşdırır.
Məscidin yerləşdiyi ərazi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
***
Partlayışda ölənlərin sayı artaraq 15 nəfərə çatıb.
Son xəbərlər
Son Xəbərlər