Pakistanda məsciddə partlayış - 4 ölü, 12 yaralı

pakistanda-mescidde-partlayis
Oxunma sayı: 828

Pakistanın Akora şəhərində məsciddə güclü partlayış baş verib.

“Qafqazinfo” “Geo TV” telekanalına istinadən xəbər verir ki, hadisə cümə namazı zamanı qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb.

İnsidentin səbəbi açıqlanmayıb.