Pakistan parlamentinin alt qanadı olan Milli Məclisin sədri Əsəd Kaiser koronavirusa yoluxub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Tvitterdə paylaşım edib. “Covid-19 testim pozitiv çıxdı. Özümü təcrid etmişəm. Millətimizi diqqətli olmağa çağırıram”, - deyə Kaiser qeyd edib.
Pakistan mediasının yazdığına görə, Kaiserin qızının da koronavirus testi pozitiv çıxıb.
Xatırladaq ki, üç gün əvvəl Pakistanın Sindh əyalətinin valisi İmran İsmayılın da Covid-19-a yoluxduğu açıqlanmışdı.
Son xəbərlər
Son Xəbərlər