Pakistanda mitinq zamanı partlayış - 44 nəfər öldü-Yenilənib

pakistanda-mitinq-zamani-partlayis
Oxunma sayı: 2702

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı partlayış baş verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, azı 35 nəfər həlak olub.

Həmçinin, 100-dən çox adam yaralanıb.

Onlardan bəzilərinin vəziyyəti ağırdır.

***

Pakistanın Xayber-Paxtunxva əyalətindəki partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

100-dən çox şəxs isə yaralanıb.