Pakistanda partlayış, 17 yaralı var

pakistanda-partlayis-17-yarali-var
Oxunma sayı: 845

Pakistanın Bəlucistan əyalətində qumbaranın partlaması nəticəsində azı 17 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı polisə istinadən “Doon” qəzeti yayıb.

Hadisə Dera Allah Yar şəhərində ekstremistlərin hücumu zamanı baş verib. Belə ki, motosikletlə hərəkət edən ekstremistlər kütlənin üzərinə əl qumbarası atıb. Yaralananlardan 2-si yol polisi əməkdaşlarıdır. Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan 4-nün vəziyyəti kritikdir.

Ölkədə fəaliyyət göstərən ekstremist qrupların heç biri hələ ki, hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.