Pakistanda partlayış - Ölən və yaralananlar var

pakistanda-partlayis
Oxunma sayı: 767

Pakistanda terrorçu özünü partladıb.

“Qafqazinfo” xəbər veri rki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Kvett şəhərində intiharçı terrorçu hərbçilərin düşərgəsinə hücum edib. Hadisə nəticəsində 4 nəfər ölüb, daha 6 hərbçi isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Ölü sayının artacağı güman edilir.