Pakistanın qərbində partlayış törədilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ölkənin sərhəd korpusunun azı 1 əməkdaşı ölüb, 14-ü yaralanıb. Partlayıcı qurğu park edilmiş motosikletə bərkidilib. İnsidenti törətməkdə məqsəd sərhəd korpusunun əməkdaşlarını öldürmək olub.
Hadisə nəticəsində yaxınlıqdakı tikililərin şüşələri qırılıb, bir neçə nəqliyyat vasitəsi yanıb.
Son xəbərlər
Son Xəbərlər