Pakistanda partlayış - Ölənlər və yaralananlar var

pakistanda-partlayis
Oxunma sayı: 1254

Pakistanın Bəlucistan vilayətinin Ketta şəhərində bir hotelin parkinqində partlayış olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayışda biri polis olmaqla, dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri partlayışın qaynağının bomba yüklü maşın olduğunu müəyyən ediblər. Faktla bağlı araşdırmalar aparılır.

Parkinqdəki maşınlarla yanaşı, hotelə də ziyan dəyib.

Bildirilib ki, Çinin İslamabaddakı səfiri Nonq Ronq da bu hoteldə qalırmış. Ancaq partlayış əsnasında səfir binada olmayıb.