Pakistanda partlayış zamanı ölənlərin sayı 100-ə çatdı

pakistanda-partlayis-zamani-olenlerin-sayi-100-e-catdi
Oxunma sayı: 1484

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində həlak olanların sayı artıb.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı 100-ə çatıb.

Məlumata görə, həlak olan bəzilərinin cəsədi bu gün səhər dağıntılar altından çıxarılıb. Bununla yanaşı, xəstəxanaya yerləşdirilən yaralılardan da bir neçəsi dünyasını dəyişib. Ölənlərin əksəriyyətini polis əməkdaşları təşkil edir.

Xatırladaq ki, yanvarın 30-u kamikadze günorta namazı zamanı məscidə girərək özünü partladıb. Ən son məlumatda 90 nəfərin öldüyü, 200-dən çox insanın isə yaralandığı bildirilirdi.