Pakistanda qatar partladıldı - 4 ölü, 6 yaralı

pakistanda-qatar-partladildi
Oxunma sayı: 863

Pakistanın Bəlucistan vilayətində sərnişin qatarına bombalı hücum olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Dera Murad bölgəsində dəmiryoluna döşənilmiş bombanın parttladılması nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Hadisədən sonra yolda hərəkət dayandırılıb.

Terror hücumunun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.