Pakistanda qaz balonu partladı, 10 ölü

pakistanda-qaz-balonu-partladi-10-olu
Oxunma sayı: 794

Pakistanda qaz balonunun partlaması nəticəsində 10 nəfər həlak olub.

“Qafqazinfo” “Geo TV” telekanalına istinadən xəbər verir ki, avtomobilin arxasında olan qaz balonunun partlaması zamanı daha 6 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, partlayışa səbəb qaz balonunun olduğu avtomobilin kiçik ölçülü yük maşını tərəfindən vurulması olub. 

Xilasedicilərin sözlərinə görə, xəsarət alan 6 nəfərin vəziyyəti ağırdır. Yaralılar ölkənin ikinci ən böyük şəhəri olan Lahora göndərilib.