Pakistanda qəzada ölənlərin sayı artır

pakistanda-qezada-olenlerin-sayi-artir
Oxunma sayı: 1343

Pakistanda sərnişin avtobusu və qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanda avtobusun sərnişin qatarı ilə toqquşması nəticəsində ən az 18 nəfərin öldüyü və 55 nəfərin yaralandığı açıqlanıb.

Bölgə komissarı Rana Adeelin sözlərinə görə, ağır yaralıların sayı çox olduğu üçün ölənlərin sayı arta bilər.

Qəzanın təsirindən avtobusun iki yerə parçalandığı bildirilir. Qatarın dirijoru və köməkçisinin yüngül xəsarət aldığı, qəzada ölənlərin hamısının isə avtobusdakı sərnişinlər olduğu müəyyən edilib.

Orxan Məmməd