Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı
Oxunma sayı: 1449

Pakistanın Kəraçi şəhərində "Pakistanın Beynəlxalq Hava Yollarıaviaşirkətinin “Airbus A320” təyyarəsinin hər iki “qara qutu”su tapılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA “Novosti” xəbər verib.

“Qara qutu dünən gecə tapıldı, biz onu İstintaq Komissiyasına çatdırırıq”, - aviaşirkətin nümayəndəsi Abdulla Xan deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Xatırladaq ki, Lahor-Kəraçi reysini həyata keçirən “Airbus A320” təyyarəsi texniki nasazlıq səbəbindən düşüb. Hava gəmisinin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Baş verən təyyarə qəzasında 97 nəfər həlak olub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi