Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində güclü qum fırtınası baş verib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb.
Bundan başqa, dənizdə 8 balıqçı da itkin düşüb.
Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə bağlı hava limanında bir neçə aviareys ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər