Pakistanda seçki karvanına hücum olundu - Ölənlər var

pakistanda-secki-karvanina-hucum-olundu
Oxunma sayı: 1066

Pakistanın Bəlucistan əyalətində Ədalət naminə hərəkat partiyasının seçki karvanına hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Əl-Cəzirə” məlumat yayıb.

Hücum nəticəsində 4 nəfərin öldüyü və onlarla insanın yaralandığı bildirilir.

Hələlik, hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.