Pakistanda seçkilər günü partlayış - 31 ölü, 40 yaralı

pakistanda-seckiler-gunu-partlayis
Oxunma sayı: 715

Pakistanın Quetta şəhərində Milli Məclisə deputat seçkiləri zamanı partlayış törədilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 31 nəfər ölüb, 40 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Hadisə səsvermə məntəqəsinə zorla girmək istəyən bir nəfərin polis tərəfindən qarşısı alınarkən özünü partlatması nəticəsində baş verib.

Ölənlərdən 5-i polis əməkdaşıdır. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı gözlənilir.