Pakistanda antiterror əməliyyatları nəticəsində Laxor şəhərində yaşadıqları evdə altı, Kəraçi şəhərində isə iki terrorçu məhv edilib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, həlak olanlar “Taliban” hərəkatının Pakistan qanadı olan “Təhrik-i-Taliban Pakistan” qruplaşmasının üzvləridir.
Hər iki evdən müxtəlif silah və sursat aşkar edilərək götürülüb.
Ötən ay Pakistanın Laxor şəhərindəki uşaq parkında törədilən partlayışlardan sonra ölkədə antiterror əməliyyatlarının miqyası genişlənib.
Xatırladırıq ki, həmin partlayışlarda 75 nəfər həlak olmuş, 300-dən artıq insan yaralanmışdı.
Son xəbərlər
Son Xəbərlər