“Qafqazinfo” Cihan-a istinadən xəbər verir ki, Kuzdar şəhərində sərnişin avtobusu sels sularına qərq olub, 22 nəfər itkin düşüb.
Verilən məlumata görə, axtarış-xilasetmə işlərindən sonra 16 nəfərin meyiti tapılıb. 6 nəfərin taleyi barədə hələlik məlumat yoxdur.
Ölkənin baş naziri Navaz Şərif ölənlərin ailəsinə başsağlığını bildirib, xilasetmə işlərinə şəxsən nəzarət etdiyini söyləyib.
Son xəbərlər
Son Xəbərlər