Pakistanda silah-sursat anbarında partlayış - 13 ölü

pakistanda-silah-sursat-anbarinda-partlayis
Oxunma sayı: 739

Pakistanın şimal-qərbində terrorla mübarizə üzrə idarənin silah-sursat anbarında iki partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. 

Hadisə nəticəsində 13 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

İlkin ehtimala görə, anbara terror hücumu olmayıb. Yerli polis partlayışın qısaqapanma nəticəsində baş verdiyini hesab etsə də, digər versiyalar da araşdırılır.