Pakistanın cənub-qərbində silahlı şəxslər yoldan keçən maşınların sərnişinlərini yerə düşürərək güllələyiblər.
“Qafqazinfo” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, insident zamanı azı 23 nəfər qətlə yetirilib.
Bildirilir ki, Bəlucistan vilayətində sözügedən silahlı şəxslər bir neçə avtobus, yük avtomobili və maşını saxlayaraq sərnişinlərin etnik mənsubiyyətini soruşublar. Məlumata görə, onlar Pəncabdan olan şəxsləri güllələyib.
***
“Əl-Cəzirə”nin məlumatına görə, Pakistanda silahlı şəxslər tərəfindən qətlə yetirilənlərin sayı 38 nəfərə çatıb.
Həmin şəxslərin üç hücum zamanı öldürüldüyü qeyd olunub.
***
“Əl-Cəzirə”nin məlumatına görə, terror aktı zamanı azı 51 nəfər həlak olub.