Pakistanda silahlı hücum nəticəsində 2 polis həlak oldu

pakistanda-silahli-hucum-neticesinde-2-polis-helak-oldu
Oxunma sayı: 1764

Pakistanın Hayber Paxtunxva əyalətində silahlı şəxslərin hücumu nəticəsində 2 polis həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Pakistan mətbuatı məlumat yayıb.

Məlumatlara görə, motosikletli terrorçular Lakki Marvat bölgəsində polis əməkdaşlarına hücum ediblər.

2 polisin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti Pakistan Talibanının (TTP) üzvləri öz üzərinə götürüb.