Pakistanda son üç gündə 2-ci güclü zəlzələ

pakistanda-son-uc-gunde-2-ci-guclu-zelzele
Oxunma sayı: 2463

Pakistanın Kəşmir bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu, ölkədə son üç gündə qeydə alınan ikinci ən böyük təkandır. Zəlzələ yerin 40 kilometr dərinliyində baş verib. Təkanlar ölkənin ən böyük əyaləti olan Pəncabın paytaxtı Lahorla yanaşı, paytaxt İslamabad, Sialkot şəhərlərində də hiss edilib. 

Dağıntı və insan tələfatı ilə bağlı məlumat daxil olmayıb. 

Zəlzələ Hindistanın şimal bölgələrində də hiss edilib.