Pakistanda təyyarə qəzasının istintaqı üçün komissiya yaradıldı

Pakistanda təyyarə qəzasının istintaqı üçün komissiya yaradıldı
Oxunma sayı: 909

Pakistan hökuməti Kəraçi şəhərində "Pakistanın Beynəlxalq Hava Yolları "aviaşirkətinin Airbus A320 təyyarəsinin qəzasının istintaqı ilə məşğul olacaq xüsusi komissiya yaradıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Dunya Newstelekanalı xəbər verib.

Mənbənin məlumatına görə, Aviasiya Nazirliyi bildirib ki, Pakistan aviasiyasının kommodoru Usan Qaninin başçılıq edəcəyi komissiyaya dörd nəfər daxil olacaq. Komissiya dərhal Aviasiya Nazirliyinə məruzə təqdim edəcək. Bununla belə, ətraflı hesabat bir ay ərzində təqdim olunacaq.

Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən “Airbus A320” təyyarəsi texniki nasazlıq səbəbindən düşüb. Hava gəmisinin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Sind əyalətinin Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib ki, hadisə nəticəsində 66 nəfər həyatını itirib. Baş Nazir İmran Xan qəza ilə bağlı tədqiqatların başladıldığını elan edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi