Pakistanda toya gedən avtobus qəzaya düşdü - Azı 24 ölü

pakistanda-toya-geden-avtobus-qezaya-dusdu
Oxunma sayı: 1219

Pakistanın şimalında avtobusun çaya düşməsi nəticəsində azı 24 nəfər həyatını itirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Kiodo” agentliyi inzibati dairənin nümayəndəsinə istinadən xəbər verib.

Avtobus sərnişinlərinin toya getdiyi bildirilir. Qəzaya səbəb nəqliyyat vasitəsinin taxta körpünün üzərindən keçən zaman çayın gur axan hissəsinə düşməsi olub.

Qəza anına qədər özünü avtobusun pəncərəsindən bayıra atan iki nəfər sağ qalıb.