Pakistanda koronavirusa yoluxanların sayı 4 788 nəfərə çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin hökumət saytında məlumat verilib.
Yoluxma hallarının çoxu Pəncab (2 236 insan) və Sindx (1 214 insan) əyalətlərində qeydə alınıb.
Qeyd edilir ki, son 24 saat ərzində 190 yeni yoluxma halı təsdiqini tapıb, 5 nəfər dünyasını dəyişib.
Ümumilikdə Pakistanda koronavirusdan 762 nəfər sağalıb, 71 pasiyent vəfat edib.
Son xəbərlər
Son Xəbərlər