Pakistanda yağışlar 187 nəfərin ölümünə səbəb oldu

pakistanda-yagislar-187-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 1316

Ötən aydan bəri Pakistanda başlayan musson yağışları və daşqınlar səbəbilə azı 187 nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qurbanlar arasında 96 uşaq və 30 qadın var.

333 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, son sutka ərzində yağışlara görə 24 nəfər həlak olub.