Pakistanda yağışlar 290 can aldı

pakistanda-yagislar-290-can-aldi
Oxunma sayı: 1864

İyunun ortalarından bəri təsirli olan güclü yağışlar Pakistanda həyata mənfi təsir edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, musson yağışları nəticəsində həyatını itirənlərin sayı 290-a yüksəlib, 284 nəfər yaralanıb.

Ümumilikdə ölkənin müxtəlif şəhərlərində 9 mindən çox ev dağıdılıb, bir çox körpülər və magistral yollar zədələnib.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında yağan təsirli musson yağışları hər il irimiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.