Pakistanda baş verən yol qəzasında ölənlərin sayı 27-yə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 14 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığı açıqlanmışdı.
Xatırladaq ki, hadisə ötən gün baş verib. Yanacaq daşıyan yük maşını ilə avtobusun toqquşması nəticəsində güclü yanğın başlayıb və avtobusun içərisində bağlı qalan sərnişinlər yanaraq ölüblər.
Son xəbərlər
Son Xəbərlər