Pakistandan Bakıya birbaşa uçuşlar başlayır

pakistandan-bakiya-birbasa-ucuslar-baslayir
Oxunma sayı: 1366

Pakistan Beynəlxalq Hava Yolları Bakıya birbaşa uçuşlara başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin tvitter hesabında paylaşım edilib.

Bildirilib ki, uçuşlar martın 14-dən start götürəcək.

Paylaşımda Bakı biznes və turizm üçün ən uyğun yerlərdən biri kimi dəyərləndirilib.