Pakistanın girov götürdüyü hind pilotun bığı dəbə çevrildi - Fotolar

pakistanin-girov-goturduyu-hind-pilotun-bigi-debe-cevrildi
Oxunma sayı: 2549

Pakistan və Hindistan arasındakı təyyarə qalmaqalından sonra İslamabad tərəfindən girov götürülən və ötən həftə ölkəsinə qaytarılan pilot Abhinandan Varthaman vətənində gündəm olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hind pilotun bığ stili gənclər arasında trendə çevrilib.

Qəhrəman elan edilən Abhinandanın fotoları sürətlə sosial şəbəkələrdə yayıldıqdan sonra hindistanlı kişilər bərbərə üz tutaraq bığlarını məhz həmin tərzdə kəsdiriblər.